ABŞ-da polis ermənini güllələyib

ABŞ-da polis ermənini güllələyib

Baxış sayı: 2. 459 dəfə baxılıb.

ABŞ-ın Los-Anceles şəhərində polis ermənini güllələyib.

ÇıxışYolu.Com-ın News.am saytına istinadən xəbərinə görə, bu barədə Los-Anceles polis rəisi Çali Bek məlumat verib.

Onun sözlərinə görə, öldürülən şəxs 22 yaşlı Panorama-Siti sakini Orbel Nazaryandır.

Bazar ertəsi Nazaryan polisə zəng vuraraq onda tapança və bıçağın olduğunu bildirib. Hadisə yerinə gələn polis əməkdaşları Nazaryanın əlində kəsici alət olduğunu görüblər.

Erməni polisin əmrinə tabe olmaqdan imtina edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına təhlükə yaradıb.

Bekin sözlərinə əsasən, polislər insidenti videoya çəkiblər.

Faktla bağlı araşdırma aparılır.

ww.Azpress.news