ABŞ-da qəza: 60 maşın toqquşdu – VİDEO

ABŞ-da qəza: 60 maşın toqquşdu – VİDEO

Baxış sayı: 5. 101 dəfə baxılıb.

ABŞ-ın Miçiqan ştatında qar çovğunu ilə əlaqədar avtomagistralda kütləvi qəza baş verib.

ÇıxışYolu.Com “Fox2Detroit”ə istinadən xəbər verir ki, zəncirvari qəzada 60-a yaxın avtomobil bir birinə toqquşub.

Hadisə Cəkson rayonunun I-94 nömrəli avtomagistralında qeydə alınıb.

Yerli rəsmilərin məlumatına görə, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Habelə xəsarətlərin həyati təhlükəli olmadığı deyilir.

Qəzaya uğramış maşınlar arasında çox sayda yük maşını var. Rəsmilər qəzanın qar çovğunu zamanı yaranan məhdud görmə şəraiti ucbatından baş verdiyini bildirir.

 Yerli telekanalın helikopterlə səmadan çəkdiyi görüntünü təqdim edirik. 

.
www.ÇıxışYolu.Com