ABŞ-ın Nyu-York şəhərində çox saylı etirazlardan sonra həkim Ceymz Marion Simzin “Central Park”da yerləşən abidəsi sökülüb.
ÇıxışYolu.Com xəbər verir ki, ölkəni bürüyən irqi zəminli etirazlardan sonra Nyu-York meri Bil de Blazio Konfederasiya dövrünə aid heykəllərlə bağlı xüsusi İşçi Qrup yaradıb.
Qalmaqallı həkimin 1894-cü ildə ucaldılmış heykəlinin onun məzarının yerləşdiyi xiyabana köçürülməsinə qərar verilib.
Simz XIX əsrdə cərrah işləyib və qaradərili qul qadınlar üzərində müxtəlif təcrübələr aparıb. Habelə onun tibbin ginekologiya sahəsinə böyük töhfələr verdiyi bildirilir.
The statue of a doctor who conducted experiments on women, usually women of color and mostly enslaved black women, is being removed from Central Park https://t.co/Y0wBM9K0GT pic.twitter.com/AVlQCkLrgO
— CNN (@CNN) 17 April 2018