ABŞ-da başlanan “Alberto” tropik qasırğasının ilk qurbanları “WYFF News 4” telekanalının müxbiri və fotojurnalisti olub.
ÇıxışYolu.Com NBC telekanalına istinadla xəbər verir ki, hadisə Şimali Karolina ştatında baş verib.
Güclü külək nəticəsində ağac jurnalistlərin olduğu maşının üzərinə aşıb.
ABŞ-ın Alabama, Florida və Missisipi ştatlarının rəhbərlikləri fövqəladə vəziyyət rejimi tətbiq ediblər.
Qeyd edək ki, “Alberto” suptropik qasırğası mayın 28-də Florida ştatının sahillərinə çatıb. Küləyin gücü saatda 72 kilometrə bərabərdir.
Ekspertlər hesab edir ki, “Alberto” qasırğası bir milyard dollardan çox ziyan vura bilər.