ABŞ-da qatar xlorid turşusu çəninə çırpıldı: 11 yaralı

ABŞ-da qatar xlorid turşusu çəninə çırpıldı: 11 yaralı

Baxış sayı: 2. 840 dəfə baxılıb.

 ABŞ-ın Pensilvaniya ştatında dizel yanacağı daşıyan qatar, xlorid turşusunun olduğu yük maşını ilə toqquşub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 11 nəfər o cümlədən yük maşının sürücüsü yaralanıb.  Zərəçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra ətrafa, o cümlədən relslərin üzərinə 20 min litrə yaxın xlorid turşusu yayılıb.  Eyni zamanda dizel yanacağının sızması qeydə alınıb.  Dəmiryolu xəttini sıradan çıxdığı bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları və təhlükəli maddələrlə iş üzrə mütəxəsislər işləyir.  Yaxınlıqdakı yaşayış evlərinin sakinləri təxliyə edilib. Qəzanın səbəbləri araşdırılır.

.
www.ÇıxışYolu.Com