ABŞ-da silahlı şəxsin girov götürdüyü üç nəfər öldürülüb

ABŞ-da silahlı şəxsin girov götürdüyü üç nəfər öldürülüb

Baxış sayı: 5. 499 dəfə baxılıb.

ABŞ-da veteranlar evində girov götürülən üç nəfər ölüdürülb.

ÇıxışYolu.Com ABC-yə istinadən xəbər verir ki, insident Kaliforniya ştatında baş verib.

Hadisə yeri güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Polis veteranlar evinə hücum edən şəxsin kimliyini müəyyənləşdirib, lakin təhlükəsizlik məqsədilə onun adı hələlik açıqlanmır.

Qeyd olunur ki, martın 9-da veteranlar evinə hücum edən şəxs üç nəfəri girov götürüb. Hadisə yerinə gələn polis əməkdaşlarına atəş açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almayıblar.

KİV-in məlumatına görə, şübhəli şəxs emosional travmaya malik müharibə iştirakçıları üçün xüsusi proqramda iştirak edib.

www.ÇıxışYolu.Com