ABŞ-da Sülh nazirliyi yaradıla bilər

Baxış sayı: 2. 107 dəfə baxılıb.

ABŞ-da Sülh nazirliyi yaradıla bilər

ABŞ-da 2020-ci il prezident seçkilərində demokratlardan prezidentliyə namizədliyini irəli sürmək istəyən yazıçı Marianna Uilyamson ölkədə Sülh Nazirliyinin yaradılmasını təklif edib.

TASS xəbər verir ki, yazıçının “The Washington Post” nəşrində dərc olunan siyasi məqaləsində deyilir ki, nazirlik Amerika cəmiyyətində köklənmiş zorakılıq mədəniyyəti problemini həll etməlidir.

“Təklif edirəm ki, ABŞ-ın Sülh Nazirliyi münaqişələrin həllinə, ədalətin həyata keçirilməsinə, zorakılığın qarşısını almağa, yaşanan travmaların sağalmasına kömək edən bir təhsil sistemi yaratmağa yönəlmiş fəaliyyətləri əlaqələndirsin və nəzarətə götürsün”.

Siyasətçinin planına görə, yeni qurum bu məqsədlər üçün minlərlə sülhməramlı yetişdirməlidir. 

“Ölkəmizdə və xaricdə sülh mədəniyyətini tanıtmaq üçün hər cür səy göstərəcəyik” deyə o bildirib.