Təyyarrənin havada mühərriki partladı – VİDEO – YENİLƏNİB

Təyyarrənin havada mühərriki partladı – VİDEO – YENİLƏNİB

Baxış sayı: 3. 054 dəfə baxılıb.

ABŞ-da  “Southwest Airlines” şirkətinə aid sərnişin təyyarəsinin mühərrikinin partlaması nəticəsində bir nəfər həlak olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qəzalı vəziyyətin yaranmasından sonra təyyarə Filadelfiya aeroportuna təcili eniş edib.

Bu arada, hadisənin həvəskar görüntüsü yayılıb. Partlayışın baş verməsindən sonra təyyarənin göyərtəsində sərnişinlərin təşvişə düşdüyünü və oksigen maskaları ilə təmin olunduqlarını görmək olur.

 

22:25

ABŞ-da “Southwest Airlines” hava yolları şirkətinə aid təyyarə Filadelfiya şəhər aeroportuna qəzalı eniş edib.

ÇıxışYolu.Com “CBS News” istinadən xəbər verir ki, sərnişin təyyarəsinin mühərriklərindən birində partlayış baş verib.

Göyərtəsində 143 sərnişin və beş ekipaj üzvünün olduğu təyyarənin Nyu-Yorkdan Dallasa uçduğu bildirilir.Təcili enişdən sonra sərnişinlər təyyarəni hava ilə doldurulmuş trap vasitəsi ilə tərk etməli olub.

Şahidlərin dediyinə görə, mühərrikdə baş verən partlayışdan sonra ülliminatorlardan biri zədələnib və göyərtənin germetizasiyası pozulub.

İnsident nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilsə də, dəqiq say göstərilmir.

.
www.ÇıxışYolu.Com