ABŞ-da “tektonik bomba” tapıldı

ABŞ-da “tektonik bomba” tapıldı

Baxış sayı: 2. 359 dəfə baxılıb.

ABŞ geoloji xidmətinin hesabatına görə, San Fransisko körfəzi yaxınlığında qeydə alınan Heyuord tektonik çatı dağıdıcı zəlzələyə səbəb ola bilər. Belə bir zəlzələ baş versə minlərlə insan həlak olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Los Angeles Times” yazır.

Heyuord çatı San Pablo körfəzinin cənub hissəsindən Frimont şəhərinə qədər uzanır. Alimlər onun keçdiyi zonadan 7 ballıq zəlzələ riskinin mövcud olduğunu müəyyən edib.  Tədqiqatçılar ona “saatlı tektonik bomba” adını verib.  

Alimlərin hesablamalarına görə, zələzələ baş versə bu min nəfərə yaxın insanın həyatına son qoya bilər, 18 min nəfər yaralana bilər .

Geofiziklərin bədbin proqnozlarına görə, zəlzələdən sonra elektrik şəbəkəsi və digər kommunikasiya xəttlərinə baş verə biləcək pozuntular kütləvi yanğınlara yol açacaq və nəticədə 52 minə yaxın yaşayış evi məhv olacaq. Su borularının dağılması isə yanğınsöndürənlərin işini daha da çətinləşdirəcək.

.
www.ÇıxışYolu.Com