ABŞ-da universitetdə atışma: Ölənlər var

ABŞ-da universitetdə atışma: Ölənlər var

Baxış sayı: 3. 921 dəfə baxılıb.

ABŞ-ın Maunt-Plezant şəhərində Mərkəzi Miçiqan Universitetinin ərazisində silahlı insident baş verib. Atışma nəticəsində 2 nəfər həlak olub

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV universitetin Twitter səhifəsinə istinadən məlumat yayıb.

“Polis, səhər saatlarında kampusun ərazisində 2 nəfərin güllələndiyini təsdiqləyib” deyə məlumatda deyilir.

Məlumata görə, həlak olanlar tələbələr deyil. İnsidentin məişət zəminində baş verdiyi bildirilir.

İlkin məlumata görə, atıcı hələ də binanın içindədir. Bəzi mənbələr silahlının qara dərili şəxs olduğunu iddia edir. Polis qüvvələri ərazini mühasirəyə alıb. Ətrafdakı insanlara təhlükəsiz ərazilərdə gizlənmələri tapşırılıb.

.
www.ÇıxışYolu.Com