ABŞ-ın Texas ştatındakı zavodda baş verən yanğın zamanı ən azı 22 nəfər xəsarət alıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə yerli telekanal “АВС132” məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, yanğın söndürülüb və vətəndaşlar üçün təhlükəsi yoxdur.
Yanğının terror aktı olma ehtimalı istisna edilmir.