Dollarla bağlı vacib xəbər

Dollarla bağlı vacib xəbər

Baxış sayı: 2. 796 dəfə baxılıb.

ABŞ-da mərkəzin bankın funksiyasını yerinə yetirən Federal ehtiyat sistemi (FED) əsas uçot dərəcəsini olduğu kimi,1,5-1,75 faiz səviyyəsində saxlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə nizamlayıcısının rəsmi bəyanatı yayılıb.

FED-in qərarı gözlənilən olduğundan, xəbər fond birjalarında və valyuta bazarlarında ciddi dəyişkənliklərə yol açmayıb.

“12 aylıq yekunlara görə ABŞ-da ümumi inflyasiya səviyyəsi və ərzaq və energetika sahəsinə aid olmayan məhsulların inflyasiyası 2 faizlik göstəriciyə yaxınlaşıb. Son məlumatlar onu göstərir ki, istehlak xərcləri ötən ilin dördüncü rübünün yüksək templəri ilə müqayisədə orta səviyyəli olub. Habelə əsas kapital investisiyaları artmağa davam edir”, – deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, cari ilin mart ayında FED- uçot dərəcəsini 1,5 -1,75 faizə qaldırmışdı.

.
www.ÇıxışYolu.Com