ABŞ-dan Fransa prezidenti Emmanuel Makronun “Trampı Suriyada qalmanın gərəkli olduğuna mən inandırdım” açıqlamasına dərhal cavab gəlib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, ABŞ-ın, Tramp administrasiyasının Suriyadan geri çəkilmə ilə bağlı planı dəyişməyib.
“Prezidentimiz ABŞ əsgərlərini mümkün olan ən qısa müddətdə ölkələrinə geri qaytarmaq məsələsində israrlıdır. Bu planda, bu qərarda heç bir dəyişiklik yoxdur”, – deyə o əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com