ABŞ-dan Şimali Koreyaya jest: təlimlər dayandırıldı

ABŞ-dan Şimali Koreyaya jest: təlimlər dayandırıldı

Baxış sayı: 2. 220 dəfə baxılıb.

Vaşinqton Tramp- Kim Çen In görüşü ərəfəsində Pxenyanı hiddətləndirmiş Cənubi Koreya ilə birgə keçirilən hərbi təlimləri təxirə salıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, birgə hava-dəniz manevrlərinin təxirə salınmasının təşəbbüskarı rəsmi Seul olub. Cənubi Koreya hökuməti “müharibə oyunlarının” sammit ərəfəsində yarımadada gərginliyi artıracağından ehtiyat edib.

Xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Pxenyan ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi “Max Thunder” adlı hərbi təlimlərə etiraz olaraq mayın 16-a təyin olunmuş yüksək səviyyəli danışıqlar mərhələsini təxirə salıb.

.
www.ÇıxışYolu.Com