ABŞ-dan Türkiyəyə qarşı “ümidsiz cəhd”: Əməliyyat keçirməyin

Baxış sayı: 2. 366 dəfə baxılıb.

ABŞ-dan Türkiyəyə qarşı “ümidsiz cəhd”: Əməliyyat keçirməyin

ABŞ Prezidenti Donald Trampın administrasiyası Türkiyəni Suriyada hərbi əməliyyata başlamaq fikrindən daşındırmaq üçün “ümidsiz cəhd” edəcək.

“The Washington Post” bu barədə amerikalı məmurlar arasındakı mənbələrə istinadən məlumat verir.

ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti avqustun 5-də Ankarada türklərlə görüş keçirərək yekun təkliflərini təqdim edəcək. Təklifə Türkiyə-Suriya sərhədində təhlükəsizliyi təmin etmək üçün birgə hərbi əməliyyat keçirmək ideyası da daxildir.

Güman edilir ki, nəticədə Suriyada dərinliyi 14 kilometr və uzunluğu 140 kilometr ərazi PKK-nın qolu olan YPG/PYD-dən təmizlənəcək. Türkiyə isə daha böyük təhlükəsiz zona tələb edir və həmin əraziyə sərbəst nəzarət etmək istəyir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də Suriyanın şimalında, Fərat çayının şərqində hərbi əməliyyat keçirəcəklərini bəyan edib.