874dcb2e-32aa-468e-9a9f-495ad929d3cc..jpg

ABŞ Dövlət Departamenti: “Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanırıq”

Baxış sayı: 674 dəfə baxılıb.

ABŞ Dövlət Departamenti: “Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar
olmasının mümkünlüyünə inanırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə
inanır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel
brifinq zamanı deyib.

“Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də
inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət
katibi və digərləri bu işlə fəal məşğuldurlar”, – diplomat diqqətə çatdırıb.

Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın
9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək.
Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana
səfərindən dərhal sonra verilib.

Xatırladaq ki, L.Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O,
Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.

Source link