99e7189f-09a7-4861-8881-974e18cf8977..jpg

ABŞ Dövlət Departamenti: “Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Baxış sayı: 750 dəfə baxılıb.

ABŞ Dövlət Departamenti: “Biz hər iki ölkənin suverenliyini və ərazi
bütövlüyünü dəstəkləyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Ermənistan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş
əldə ediblər”.

“Trend”in verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu
Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində
görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi
bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və
ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar. Tərəflər son
bir ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub
saxlamağa və sülh müqaviləsinə nail olmağa təşviq edirik”, – deyə o bildirib.

Source link