ea82765d-3465-4eb4-bbaa-c9d648a49ed4..jpg

ABŞ Dövlət Departamenti: “İran HƏMAS-ın İsrailə qarşı əməliyyat planlaşdırdığını bilirdi”

Baxış sayı: 662 dəfə baxılıb.

ABŞ Dövlət Departamenti: “İran HƏMAS-ın İsrailə qarşı əməliyyat
planlaşdırdığını bilirdi”

“İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyatına hazırlıqdan xəbərdar idi,
lakin onun təfərrüatını bilmirdi”.

Bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu
Miller deyib.

“Bizdə İranın HƏMAS-ın bu hücumunu idarə etdiyi və ya təşkil etdiyinə dair heç
bir məlumat yoxdur. İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyat
planlaşdırdığını bilirdi, lakin dəqiq vaxtı və miqyasını bilmirdi. İran uzun
müddət HƏMAS-ı maddi və maliyyə cəhətdən dəstəkləyib. Lakin onların bu xüsusi
hücumu dəstəklədiyinə dair heç bir dəlil görmədik”, – Miller qeyd edib.

“Təcrübəmiz göstərir ki, yekun nəticə çıxarmaq hələ tezdir. Biz yaxın günlərdə
və həftələrdə bu məsələni araşdırmağa davam edəcəyik ki, İranda kiminsə nə
planlaşdırıldığını dəqiq bildiyini və ya planlaşdırmada iştirak edib-etmədiyini
başa düşək”, – Miller əlavə edib.

Mənbə: TASS

Source link