4e0364c2-4e90-487c-838b-8c50228b5557..jpg

ABŞ Dövlət Departamenti: “Türkiyə NATO-nun faydalı və məhsuldar üzvüdür”

Baxış sayı: 799 dəfə baxılıb.

ABŞ Dövlət Departamenti: “Türkiyə NATO-nun faydalı və məhsuldar üzvüdür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Türkiyəni Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) faydalı və
məhsuldar üzvü hesab edir”.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin
Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bəzi amerikalı qanunvericilər
tərəfindən səsləndirilən Ankaranın Şimali Atlantika Alyansından çıxarılması
çağırışlarını şərh edərkən bildirib.

“Bu, əlbəttə ki, Türkiyə rəhbərliyi ilə ilk fikir ayrılığı deyil. Bununla
belə, biz Ankaranı hələ də NATO-nun məhsuldar və faydalı üzvü hesab edirik.
Razılaşdığımız məsələlərdə onlarla işləməyə davam edəcəyik. Aramızda fikir
ayrılıqları olduqda isə buna aydınlıq gətirəcəyik”, – ABŞ xarici siyasət
rəsmisi bildirib.

Mənbə: TASS

Source link