ABŞ Dövlət Departamentindən Azərbaycan-Ermənistan şərti sərhədində mümkün
eskalasiya ilə bağlı AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan-Ermənistan şərti sərhədində eskalasiya heç kimin marağında deyil”.
“Trend”in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu
Miller bu gün keçirdiyi brifinqdə deyib.
“Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh
üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin
etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında
deyil”, – deyə o bildirib.
Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş
texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan
Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.