“ABŞ Dövlət Departamentinin Azərbaycanda dini etiqad azadlığı ilə bağlı
mövqeyi tamamilə qərəzlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanda dini etiqad azadlığı ilə
bağlı səsləndirdiyi mövqe tamamilə qərəzlidir”.
Bu barədə “Trend”ə Bakı Yeparxiya Administrasiyasının katibi, Müqəddəs
Mirradaşıyan Qadın Arximandrit Katedralinin rektoru Aleksi Nikonorov deyib.
“Xatırladaq ki, düz iki ay əvvəl Amerikanın “Fox News” xəbər kanalının
efirində müəyyən “beynəlxalq xristian konserni”nin prezidenti Ceff Kinq artıq
“ilin təqibi” ilə və 2023-cü ildə “xristianların təqib miqyasına görə” ilk 10
ölkəyə daxil olması ilə bağlı hesabat təqdim etmişdi. Erudisiyalı oxucuya
aydındır ki, çoxlu sayda Qərb, əsasən amerikalı insan haqları təşkilatları
müəyyən ölkədə dini etiqad azadlığı ilə bağlı öz etibarlı məlumatlarını əldə
etmək və öz analitik strategiyalarından istifadə etməklə emal etmək üçün
kifayət qədər bürokratik aparat və infrastruktura malik deyillər. Onlar
müxtəlif, həmişə etibarlı olmayan və çox vaxt qərəzli mənbələrdən və
analitiklərdən, o cümlədən müxalif mənbələrdən alınan məlumatlara etibar
edirlər. Bu cür məlumatlar, təbii ki, məlumat verənlərin dürüst mövqelərini
ehtiva etmir. Və heç də təəccüblü deyil ki, bu nəticələrin çox vaxt reallıqla
heç bir əlaqəsi yoxdur”, – o deyib.
Arximandrit A.Nikonorov hesab edir ki, ABŞ dövlət katibinin bəyanatlarının
arxasında Azərbaycanı nüfuzdan salmaqda, onun beynəlxalq siyasi və ictimai
strukturlar qarşısında mənfi imicini yaratmaqda maraqlı olan anti-Azərbaycan
lobbiçiləri dayanır.
“Ölkəmiz müsəlman, xristian və yəhudi əhalinin dinc yanaşı yaşaması və
qarşılıqlı fəaliyyəti, birgə yaradıcılıq fəaliyyətinin çoxəsrlik unikal
təcrübəsi toplayıb. Unikal fenomen – Azərbaycanda bir çox dövlətlərdə və
cəmiyyətlərdə sadə vətəndaşlar arasında gündəlik səviyyədə dinlərarası dialoqun
inkişafına mane olan problem praktiki olaraq yoxdur”, – o izah edib.
Nikonorov Azərbaycanın cəmiyyətdə mədəni müxtəlifliyə xüsusi diqqət
yetirdiyini, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın
hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etdiyini vurğulayıb.
“Azərbaycan Respublikasının Konstitusiyası milliyyətindən, dinindən və
dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini
təmin edir. Eyni zamanda, dövlət qeyri-müsəlman icmalarına qanunla müəyyən
edilmiş fəaliyyətlərində hərtərəfli dəstək verir, dinlərarası və multikultural
dialoqa təkan verir. Heç kimə sirr deyil ki, Qarabağ bölgəsində 30 ildir davam
edən ərazi münaqişəsi dövründə bu qarşıdurmaya dini çalar vermək istəyən
qüvvələr meydana çıxıb. Amma xalqımızın müdrikliyi, Qafqaz Müsəlmanlarının dini
lideri Şeyxülislam Allahşükür Paşazadənin siyasi iradəsi, eləcə də Rus
Pravoslav Kilsəsinin vasitəçilik rolu sayəsində bütün bu kimi cəhdlərin qarşısı
tamamilə alınıb. Aydındır ki, Azərbaycanın uğurları, ərazi bütövlüyünün tam
bərpası, cəmiyyətin birliyi və digər müsbət amillər ölkəmizin siyasi
mövqelərini və Cənubi Qafqazda aparıcı rolunu aşkar şəkildə zəiflətməkdə
maraqlı olan düşmənlərimizə rahatlıq vermir. Onlar Azərbaycanın öz ərazisini
işğaldan azad etməkdə əldə etdiyi uğurları pantürkist qüvvələrlə xristianların
mübarizəsi kimi təqdim etməyə çalışırlar. Xristianlar dedikdə, Qarabağ
bölgəsindən erməni əhalisinin qonşu respublikaya təkidi çağırışlarla
köçürülməsi, “qaçqın” mövzusunda siyasi qüvvələrin pul qazanması heç kimə sirr
deyil. Beləliklə, Antoni Blinkenin səsləndirdiyi mövqe tamamilə inandırıcı
deyil və qərəzli görünür. Əminəm ki, bu, Azərbaycanın irəliyə getməsinə,
ictimai və vətəndaş institutlarının tam konsolidasiyası ilə siyasi və iqtisadi
qüdrətini möhkəmləndirməyə, dinlərarası və millətlərarası münasibətlər nümunəsi
göstərməyə davam etməyə mane olmayacaq”, – arximandrit Aleksi Nikonorov deyib.
Xatırladaq ki, yanvarın 4-də ABŞ-nin dövlət katibi Antoni Blinken dini etiqad
azadlığı ilə bağlı bir sıra ölkələrin, o cümlədən Azərbaycanın da “izləmə
siyahısı”na daxil edildiyini açıqlamışdı.