253f9e4b-fbdc-4f24-afd1-e1ad4f296a48..jpg

ABŞ Dövlət Departamentinin səhvi – erməni əməkdaşın spekulyasiyası – ŞƏRH + FOTO

Baxış sayı: 722 dəfə baxılıb.

ABŞ Dövlət Departamentinin səhvi – erməni əməkdaşın spekulyasiyası – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük dövlətlərin səhvi beynəlxalq ictimaiyyətin rəyinə geniş miqyasda təsir
göstərir. Çünki bir çox hallarda bu münasibətlə hesablaşırlar. Təəssüf ki, ABŞ
kimi dövlətin xarici siyasətində, Dövlət Departamentinin hesabatında səhvlərə
yol verilir. Bu isə onun konfliktlərin həllində ədalətli və tərəfsiz olacağına
şübhə yaradır.

Son zamanlar xüsusən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlik institutu
tarixin yararsız bölməsinə göndərildikdən sonra Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşmasına dəstək verilməsi istiqamətində ABŞ, Fransa
başda olmaqla Avropa İttifaqı və Rusiya arasında yarışma gedir. Dövlət
Departamenti tərəflərin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə
hazırlaşır.

Belə bir şəraitdə ABŞ-nin xarici siyasət idarəsi Azərbaycanda “dini azlıqların
hüquqlarının pozulmasına”, yaxud “dini dözümsüzlüyə” qarşı hesabat yayıb.
Sənədlə tanış olanda qərəz açıq-aydın görünür. Çünki rəsmi Bakının və
Azərbaycan cəmiyyətini bu məsələdə ittiham etmək azı Allahsızlıqdır. Məsələ heç
də Azərbaycanda açılan yeni məscidlər, təmir olunan kilsə və sinaqoqlarda
deyil. Çünki rəsmi Bakı, Heydər Əliyev Fondu bu kimi ibadət yerlərinin
təmir-bərpasına həm ölkə, həm də ondan xaricdə diqqət ayırır. Ölkə ərazisində
çox sayda kilsə və sinaqoq təmir olunub və fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti Qarabağ və ətraf rayonlarda regionda yaşayan ermənilər
Azərbaycan torpaqlarını işğal altında saxladıqları illərdə tarixi kilsə və
məscidləri dağıdıb, onları yararsız hala salıblar. Ancaq 30 il ərazində Dövlət
Departamenti bununla bağlı bir etiraz cümləsi belə yazmayıb. 2016-cı ildə Roma
Papası Fransisk səfəri zamanı Azərbaycanda xristian kilsələrinə hörmətlə
yanaşıldığını etiraf edib. Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən
Vatikanda xristianlığa məxsus dini abidələrin bərpası ilə bağlı layihələr
həyata keçirib. 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu
tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub.
Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün
böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi
abidələr III əsrə aiddir.

Bir çox ölkələrdə təqib olunan bəhailər, zərdüştlər belə Azərbaycanda öz
ayinlərini sərbəst halda həyata keçirirlər.

1992-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun qəbul olunub.
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Konstitusiyasında bildirilib:

“Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad
etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
var…”.

Azərbaycanda dini etiqad azadlığının hüquqi bazası, qorunması, icrasına dair
çoxsaylı fakt var. Odur ki, rəsmi Bakıya bu məsələdə təzyiq etmək də yersiz,
əsassızdır. Bu, ABŞ-nin nüfuzuna ziyan vuran addımdır.

Hesabatın qərəzliliyini təsdiqləyən başlıca amil onu erməni etnik qrupunun
nümayəndəsinin hazırlamasıdır. Sanki bu hesabatı erməniyə Dövlət Departamenti
qəsdən həvalə edib. Hesabatın Azərbaycana aid hissəsini dövlət komissiyasının
sədri Daniela Aşbaxyan adlı erməni qadın hazırlayıb. O, vaxtilə Livanın
ABŞ-dəki konsulluğunda işləyib. Bu ölkədə vəzifədə çalışan erməni etnik
qrupunun nümayəndələrinin əksəriyyətinin anti-Türkiyə və anti-Azərbaycan
mövqedə olduğu hər kəsə məlumdur. Məhz “ermənilik” ideologiyası bu ölkədən
yayılır. Eləcə də ermənilərin ASALA terror təşkilatı 1975-ci ildə Livanın
Beyrut şəhərində yaradılıb. Ermənistan dini baxımdan da bu ölkədəki kilsə
tərəfindən idarə olunur. Ehtimal edilir ki, Livandakı erməni ideoloqların
fətvası ilə bu qrupunun nümayəndələri İsraildə pozuculuq fəaliyyəti göstərirlər.

Bir neçə ilə öncə Livanın erməni turizm naziri Avetis Qidanyan yerli
telekanallardan birinə müsahibəsində türklərə qarşı düşmənçiliyini gizlətməyib,
onların Livanda hava limanında görmək istəmədiyini vurğulayıb. Belə
siyasi-ictimai və etnik mədəni mühitin yetirməsi olan Daniela Aşbaxyanın da
Azərbaycan və Türkiyəyə qarşı düşmən, qərəzli mövqedən çıxış etdiyi istisna
olunmur.

Dövlət Departamentinin belə bir ciddi sənədi qərəzli olacağı əvvəlcədən
istisna edilməyən bir əməkdaşa verməsini Ağ Evin ünvanına yazmasaq da, bu,
bürokratik spekulyasiyadır. ABŞ-də departamentdə çalışan uyğun bölmənin rəhbəri
erməni lobbisi və ya diasporunun imkanlarından faydalanmaq üçün də belə bir
məsul işi Azərbaycana qarşı qərəzli mövqedə olan bir erməni xanıma həvalə
ediblər. Onun hesabata hikkə və kinlə yanaşdığı isə hesabatda açıq-aydın
görünür. Dövlət Departamentinin indiki həssas bir zamanda belə bir addımı
atması da ona etibarı zədələyir. Bu il fevralın 7-də Azərbaycanda növbədənkənar
prezident seçkisi olacaq. Ona görə də ehtimal etmək olar ki, hesabatı tərtib
edənlər bu siyasi kampaniyaöncəsi rəsmi Bakıya təzyiq etməyi hədəfləyiblər.
Ancaq Daniela Aşbaxyanın hazırladığı “sənəd” departamentin ziyanına olub. Bu
baxımdan qurumun növbəti hesabatlarının da qərəzlilik təəssüratı yaradacağı
istisna edilmir.

“Report” İnformasiya Agentliyi

Source link