ABŞ dövlət katibi Lavrova zəng vurub

ABŞ dövlət katibi Lavrova zəng vurub

Baxış sayı: 2. 127 dəfə baxılıb.

Rusiyanın XİN rəhbəri Serqey Lavrov və ABŞ dövlət katibi arasında telefon danışığı olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon söhbəti amerikalı ali diplomatın təşəbbüsü ilə aparılıb.

“Birgə gündəmin bir sıra aspektləri üzrə, o cümlədən ikitərəfli münasibətlər, Suriya münaqişəsinin nizamlanması üzrə səylər, Minsk razılaşmaları əsasında Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd olunur.

Lavrov və Pompeo ABŞ-la Rusiya arasında olan bütün ixtilafların peşəkar dialoq yolu ilə həllinin vacib olduğuna razılaşıb.

.
www.ÇıxışYolu.Com