ABŞ dövlət katibi Qarabağdan danışdı

ABŞ dövlət katibi Qarabağdan danışdı

Baxış sayı: 2. 747 dəfə baxılıb.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olaraq qalır.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə əlaqədar verdiyi bəyanatda deyilir.

“ABŞ hökuməti və Amerika xalqı adından Azərbaycan hökumətini və xalqını Respublika Günü münasibətilə təbrik edirəm”, – deyə bəyanatda qeyd olunub. 

Bəyanatda bildirilir ki, 100 illiyi qeyd olunan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk parlament respublikası və qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən biri olub.

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır.

Biz səbrsizliklə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmləndirilməsini, təhlükəsizlik, enerji və demokratik idarəetmə sahəsində əməkdaşlığı dərinləşdirilməsini gözləyirik”, – deyə bəyanatda qeyd olunub.  

Bəyanatın sonunda ABŞ-ın dövlət katibi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına sadiq qaldığını və tərəfləri intensiv danışıqları mümkün qədər tez zamanda dirçəltməyə çağırıb.

wwww.ÇıxışYolu.Com