b1e6bac9-e9aa-4d1d-848a-e19d3badc096..jpg

ABŞ dövlət katibinin köməkçisi: “Bakıda müsbət və konstruktiv görüşlər oldu”

Baxış sayı: 653 dəfə baxılıb.

ABŞ dövlət katibinin köməkçisi: “Bakıda müsbət və konstruktiv görüşlər oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda müsbət və konstruktiv görüşlər oldu”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya
məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana səfəri ilə bağlı özünün
“X” hesabında paylaşımında bəyan edib.

O, ABŞ dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan XİN
rəhbəri Ceyhun Bayramovu və erməni həmkarı Ararat Mirzoyanı Vaşinqtonda qəbul
etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

“Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və
energetika nazirinin səfərlərini alqışlayır, katib Blinken isə sülh danışıqları
üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə
Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, – deyə O`Brayen qeyd edib.

Had positive and constructive meetings in Baku. As I told President Aliyev,
the U.S. welcomes visits by the Central Bank Governor and Energy Minister, and
Secretary Blinken looks forward to hosting foreign ministers Bayramov and
Mirzoyan in Washington soon for peace negotiations.
— Assistant Secretary Jim O’Brien (@StateEUR) December 7, 2023

Source link