e8ec5e84-c9b7-487c-8cea-ec10a03c2f83..jpg

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

Baxış sayı: 531 dəfə baxılıb.

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə
imzalanacağına ümid edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms
O`Brayen ümid edir ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsi imzalanacaq.

O, bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

C. O`Brayen tərəflər arasındakı hərbçilərin mübadiləsini alqışlayıb:

“Düşünürəm ki, iki ölkənin bir-biri ilə danışması və praktiki razılaşmalar
əldə etməsi, həqiqətən, vacibdir. Hərbçilər artıq öz evlərindədirlər”.

O, həmçinin, iki ölkənin birgə bəyanatını da müsbət qiymətləndirib:

“Hər iki tərəf sülhdə maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa
İttifaqındakı (Aİ) tərəfdaşlarımız bu prosesə dəstək verməyə hazırıq. İstərdik
ki, bütün bunlar mümkün qədər tez bitsin. Çünki sülhün tezliklə əldə olunması
çox faydalıdır”.

Source link