ABŞ esminesi Qırmızı dənizdə üç pilotsuz təyyarəni məhv edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qırmızı dənizdə üç ticarət gəmisi gün ərzində dörd dəfə hücuma məruz qalıb.
ABŞ esminesi gəmilərdən gələn çağırışlara cavab olaraq üç pilotsuz təyyarəni
vurub.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Pentaqonun (ABŞ) Mərkəzi Komandanlığının
“X” sosial şəbəkəsində məlumat yayılıb.
Bildirilir ki, həyəcan siqnallarına ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS
Carney” esminesi cavab verib.
“Bu hücumlar beynəlxalq ticarətə və dəniz təhlükəsizliyinə birbaşa təhdiddir”,
– deyə komandanlıqdan vurğulanıb.
Hücumların Yəməndən olan husilər (“Ənsar Allah” hərəkatının üzvləri)
tərəfindən həyata keçirilsə də, bütünlüklə İran tərəfindən təşkil edildiyi qeyd
edilir.
“Birləşmiş Ştatlar beynəlxalq müttəfiqlərlə tam koordinasiya şəraitində
müvafiq cavabı nəzərdən keçirəcək”, – deyə komandanlıqdan əlavə edilib.