ABŞ generalı: Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər

ABŞ generalı: Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər

Baxış sayı: 3. 689 dəfə baxılıb.

ABŞ Hərbi Qüvvələrinin Strateji Komandanlığının sədri, general Con Hayten RF prezidenti Vladimir Putinin Federal Yığıncağa müraciətində ən yeni silahlar barədə verdiyi xəbəri şərh edib.

O qeyd edib ki, ABŞ Rusiya tərəfinin istənilən hücumlarına cavab verə bilər.

Bu barədə ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir.

“Biz mövcud olan hər cür təhlükəyə hazırıq və heç kəs bundan şübhələnməməlidir”, – deyə Hayten vurğulayıb.

General əmindir ki, Rusiya Vaşinqtonun cavablandırmayacağı əməliyyat həyata keçirə bilməyəcək.

“Onlar sualtı gəmilərimizin harada olduğunu bilmir, lakin biz bu yolla getsək, onlar öz ölkəsini məhv etmək iqtidarındadırlar”, – deyə Hayten sözünü tamamlayıb.

.
www.ÇıxışYolu.Com