3614608d-5c53-4fa0-a0c9-e020bc7ce4f1..jpg

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Baxış sayı: 1. 399 dəfə baxılıb.

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton xarici agentlər haqqında qanun
ətrafında yaranmış vəziyyət fonunda Gürcüstan hökumətinin nümayəndələrinə qarşı
sanksiyaların tətbiqini istisna etmir.

Xatırladaq ki, bu axşam Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi
parlament tərəfindən birinci oxunuşda qəbul edildikdən sonra ölkədə etirazlar
başlayıb. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, sənədi hakim “Gürcü
arzusu” partiyası dəstəkləyib, 76 nəfər onun qəbulunun lehinə, 13 nəfər isə
əleyhinə səs verib.

Qanun layihəsinin müzakirəsi Tbilisidə etirazların alovlanmasına səbəb olub.
Etirazçılar ölkədə “demokratiyanın sonu”na qarşı çıxıb və təhlükəsizlik
qüvvələri ilə toqquşublar.

Əksər küçələr nəqliyyat üçün bağlanıb. Deputatlar parlament binasından təxliyə
edilməli olub. Parlamentə gedən etirazçıları dağıtmaq üçün xüsusi təyinatlılar
su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya zamanı atışma
baş verdiyi bildirilib.

Mənbə: octagon.media

Source link