Başda “Harri Truman” aviadaşıyıcısı olmaqla, ABŞ hərbi dəniz donanmasının zərbəçi qrupu Virciniya ştatındakı daimi dislokasiya məntəqəsindən Yaxın Şərqə yola düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.
Məlumata görə, zərbəçi qrupun tərkibinə aviadaşıyıcıdan başqa “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkeley”, “Forest Şerman” və “Farraqut” raket esminesləri daxildir. Gəmilərin göyərtəsində 6500 nəfərə yaxın şəxsi heyət var .
Zərbəçi qrupa Almaniya hərbi dəniz donanmasına aid “Hessen” freqatının da qoşulacağı bildirilir.
Vaşinqton hələ ki, gəmilərin gözlənilməz hərəkətinin səbəbini açıqlamayıb.