ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

Baxış sayı: 3. 877 dəfə baxılıb.

ABŞ hərbi dəniz donanmasına aid “USS Oak Hill LSD 51” desant gəmisi Qara dəniz sularına daxil olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bosphorus Observer” təşkilatı “Twitter” səhifəsində məlumat paylaşıb.

Bosfor boğazından keçən gəmini Türkiyənin sahil mühafizə xidmətinin gəmiləri müşayiət edib.

Gəminin Rumıniya sahillərinə doğru istiqamət aldığı bildirilir. Gəminin göyərtəsində 500-ə yaxın amerikalı dənizçi var.

.
www.ÇıxışYolu.Com