Vaşinqton Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər.
“Reuters”-in məlumatına əsasən, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Nümayəndə qeyd edib ki, təxirəsalınma məhdudiyyətlər tətbiq olunmağa başladıqdan sonra bağlanmış sazişlərə şamil edilmir. 90 günlük müvəqqəti lisenziyalar “Huawei”-lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilə bilər.