ABŞ ikinci hərbi dəniz donanmasını bərpa etdi

ABŞ ikinci hərbi dəniz donanmasını bərpa etdi

Baxış sayı: 2. 670 dəfə baxılıb.

ABŞ 2011-ci ildə ləğv olunmuş hərbi dəniz qüvvələrinin ikinci dəniz donanmasını bərpa edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Donanmanın bərpasında məqsəd rəqabətdə böyük dövlətlərlə ayaqlaşmaqdır.

İkinci donanma ABŞ-ın şərq sahillərində və Atlantik okeanın şimal hissəsində olan gəmilərin, təyyarələrin və quru qüvvələrin operativ və inzibati idarəolunmasını gerçəkləşdirəcək.

“Bizim yeni milli hərbi strategiyada açıq aydın qeyd olunur ki, biz böyük dövlətlərin rəqabəti erasına qayıtmışıq, belə ki, bizim ətrafımızda bizə meydan oxuyanlar çoxalıb, bu getdikcə daha da mürəkkəbləşir

Ona görə bu çağırışlara, xüsusilə Şimali Atlantik okeandakı çağırışlara cavab vermək üçün İkinci donanmanı bərpa edirik”, – deyə ABŞ HDQ admiralı Con Riçardson vurğulayıb.

.
www.ÇıxışYolu.Com