ABŞ-ın çoxfunksiyalı “F-35 Lightning II” beşinci nəsil qırıcıları zenit-raket komplekslərinin zərbələri qarşısında faktiki olaraq müdafiəsizdir.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “National Interest” jurnalında amerikalı hərbi analitik Maykl Pekin məqaləsi dərc olunub.
Ekspertin sözlərinə görə, bunu Pentaqonun elan etdiyi tender də sübuta yetirir.
Tenderdə JSF proqramı əsasında zenit qurğuların və raket buraxılışlarının aşkarlanması sisteminin yaradılması üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Zenit-raket kompekslərini aşkarlayan sistemin “F-35” və “F-22 Raptor” qırıcılarına quraşdırılacağı gözlənilir.
Məqaləyə görə, ABŞ qırıcıları 10 min metrə yaxın yüksəklikdə ZRK raket hücumlarına həssasdır.