ABŞ-ın “ilk casusu” vəfat edib

ABŞ-ın “ilk casusu” vəfat edib

Baxış sayı: 3. 178 dəfə baxılıb.

“Portland Press Herald” nəşriyyatı xəbər verir ki, “soyuq müharibə” vaxtlarının Amerikalı kəşfiyyatçısı, ADR-də (Almaniya Demokratik Respublikası) sovet vətəndaşları və sovet qoşunlarına qarşı casusluq edən İrvinq Ayzekson 102 yaşında vəfat edib.

ÇıxışYolu.Com bildirir ki, Ayzeksonun ailə üzvlərinin sözlərinə görə, o, çərşənbə günü Men ştatının Obern şəhərində yerləşən hospisdə (müalicə müəssisəsi) dünyasını dəyişib.

Nəşriyyat yazır ki, istefaya çıxdıqdan sonra keçmiş kəşfiyyatçı özünü “soyuq müharibə”nin ilk casusu kimi təsvir etdiyi “Həvəskar casusun xatirələri” adlı kitabını çap edib.

Ayzekson 1915-ci ildə anadan olub. O, iqtisadiyyat və hüquq sahələri üzrə təhsil alıb, Harvard Universitetinin Hüquq Məktəbini bitirdikdən sonra təqribən bir il hüquqşünas işləyib və sonra ABŞ Milli Qvardiyasına yazılıb.

Nəşriyyatın məlumatına görə, İkinci Dünya Müharibəsi zamanı Ayzekson Böyük Britaniyaya göndərilir, burada o, sonradan bazasında Mərkəzi Kəşfiyyat İdarəsinin yaradıldığı Strateji Xidmətlər İdarəsində (OSS) işləməyə başlayır. Müharibədən sonra o Almaniya Demokratik Respublikasına köçür.

ABŞ-a qayıtdıqdan sonra Ayzekson Lyuistonda atasının “Brann and Isaacson” şirkətində hüquqşünas kimi işləyib. 1945-cil də Leypsiqdə Ayzekson öz həyat yoldaşı, “Osventsim” həbs düşərgəsinin keçmiş dustağı Cudit Magiyar ilə tanış olub. Cudit 2015-ci ildə, 90 yaşında vəfat edib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com