ABŞ-ın İsrailin Tel-Əviv şəhərindəki səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ rəsmiləri bu addımın İsrailin müstəqilliyinin 70-ci ildönümü tarixində, mayın 14-də atılacağını qeyd ediblər.
ABŞ prezidenti Donald Tramp keçən ilin dekabr ayında Qüdsü İsrailin paytaxtı kimi tanımışdır və hal-hazırda Tel-Əviv şəhərində yerləşən ABŞ səfirliyinin ora köçürüləcəyini bəyan etmişdir. Trampın qərarı fələstinlilər arasında narazıçılığa və bir çox ərəb ölkələri qəti etirazlara səbəb olmuşdur.