ABŞ-ın müdafiə naziri: Biz İranla müharibə etmək niyyətində deyilik

Baxış sayı: 3. 060 dəfə baxılıb.

ABŞ-ın müdafiə naziri: Biz İranla müharibə etmək niyyətində deyilik

Amerika Birləşmiş Ştatları İranla müharibə etməyi planlaşdırmır. 

RİA Novosti xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan bəyan edib.

“Söhbət müharibədən getmir. Biz müharibə etmək niyyətində deyilik. Məsələ bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən və missiyalarımızın həyata keçirilməsindən gedir”, – deyə, o bildirib.

Patrik Şanahan bu ilin əvvəlindən Pentaqona başçılıq edir. Bu vəzifədə o, 2018-ci ilin axırında istefa verən Ceyms Mettisi əvəz edib.