Pentaqon rəhbəri Mark Esper kürdlərə görə Türkiyə ilə hərbi münaqişəni istisna edib.
“CNN” telekanalına verdiyi müsahibədə M.Esper çoxdankı müttəfiqlərinə qarşı müharibənin mümkünsüzlüyünü bildirib.
“Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq”, – deyə o, bildirib.
Müdafiə naziri “Barış pinarı” əməliyyatı nəticəsində İŞİD terrorçularının qaçması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu ərazidə 11 minə yaxın terroçu saxlanılıb və onlardan cəmi 100 nəfəri qaçmağa müvəffəq olub.
“Həbsxanalardan hamının gözlədiyi kütləvi qaçış hazırda müşahidə olunmur”, – M.Esper fikrini belə tamamlayıb.