ABŞ-ın qərarı Meyi məyus edib

ABŞ-ın qərarı Meyi məyus edib

Baxış sayı: 2. 124 dəfə baxılıb.

Böyük Britaniya baş naziri Tereza Mey ABŞ-ın Avropa Birliyindən idxal olunan metallara gömrük vergisinin tətbiqi qərarından məyus olub. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, o, London və Brüsselin zərbə altında qalacaq istehsalat sektorunu qorumaq üçün birgə addımlar atmağa hazır olduğunu bildirib.

“ABŞ, AB və Böyük Britaniya hər zaman yaxın tərəfdaş olublar. Onlar həmişə bütün dünya üzrə açıq və ədalətli ticarətin tərəfində dayanıblar. 

Britaniya üçün polad və alüminium istehsalı çox vacibdir, ancaq onlar ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün istifadə olunan müdafiə layihəsində də istifadə edilir”, – Mey vurğulayıb.

İyunun 1-də məlumat verilib ki, ABŞ Avropa Birliyindən polad və alüminium idxalına gömrük vergisi tətbiq edib və bundan sonra Brüssel ABŞ mallarına qarşı məhdudiyyət barədə qərar qəbul edib. 

www.ÇıxışYolu.Com