3f79d111-efe2-4019-aa8d-e8c234e04fb5..jpg

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”

Baxış sayı: 568 dəfə baxılıb.

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın
qalib gələcəyinə dair əsas var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib
gələcəyinə dair çoxlu əsas var”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu
yazıb.

Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər
imkanlardan məhrum edəcək:

“Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə
çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox
ehtimal olunan ssenari budur ki, rusiyalılar Ukrayna qüvvələrini geri
çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini
dağıtmağa davam edəcəklər”.

Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında
üstünlüyü ələ ala bilər:

“Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük
etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il
fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları
keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam
bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya
dəstəyinin azalmasına dair məlumatlar yayılır.

Source link