ABŞ Dövlət Departamenti iddia edir ki, İran terror aktlarının təşkili üçün səfirliklərdən istifadə edir.
ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, Vaşinqton bütün ölkələri İran diplomatlarını ciddi yoxlamağa çağırıb.
Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi jurnalistlərlə görüşü zamanı deyib ki, iddialarının ən son sübutu Belçikada üstü açılan sui-qəsddir.
Daha öncə Vyanada akkreditə olunmuş iranlı diplomat Fransada terror aktının hazırlanmasına dair cinayət işi çərçivəsində Almaniyada saxlanılmışdı. Avstriya diplomatın immunitetinin ləğvini, Brüssel isə onun Belçikaya verilməsini tələb etmişdi.
Öz növbəsində İran ittihamları rədd edir. Rəsmi Tehran Almaniyada saxlanılan iranlı diplomatla əlaqədar Belçika səfirinə qəti etirazını bildirib.