ABŞ dövlət departamenti Suriyanın Duma şəhərində baş vermiş kimyəvi hücuma görə, Rusiya və İranın da məsuliyyət daşıdığını hesab edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Rusiya və İran rejimi də Suriya rejiminin bu şər əməllərinə görə məsuliyyət daşıyır, belə ki, Rusiya və İranın maddi dəstəyi olmasaydı, belə hallar heç vaxt baş verə bilməzdi” deyə dövlət departamentinin bəyanatında deyilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Suriyada dinc əhaliyə qarşı kimyəvi hücumla əlaqədar yaxın 48 saat ərzində Suriya ilə bağlı vacib qərarın qəbul olunacağını bildirib.
Pentaqon isə Suriyada Bəşər Əsədə sadiq qüvvələrin mövqelərinə aviazərbələrin endiriləcəyini istisna etməyib.