ABŞ İrana xəbərdarlıq edib, BMT TŞ-ni təcili hərəkət etməyə çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Amerika Birləşmiş Ştatları (ABŞ) İrana himayə etdiyi husilərlə bağlı
xəbərdarlıq edib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT
TŞ) təcili hərəkət etməyə çağırıb.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi
səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin
Tehranın iki yolu var:
“Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri
çəkmək”.
ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik
Şurasını təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, husilər dekabrın 31-də Qırımızı dənizdə ABŞ-nin yük gəmisini
ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü
itiriblər. Ötən il noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib.
Həmçinin yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.