ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə daşınan silahları müsadirə etdi –
FOTO
İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah-sursat daşınmasının qarşısı alınıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM)
verdiyi açıqlamaya istinadla bildirib.
Məlumata görə, Oman körfəzində 15 yanvarda başlayan əməliyyatda Yəmənə
qeyri-qanuni nəql olunan İrana məxsus üç mindən çox tüfəng, 578 min güllə və 23
tank əleyhinə idarə olunan raket aşkar edilərək müsadirə olunub.