Rejim öz mövqeyini dəyişməsə İrana qarşı sanksiyalar artan şəkildə davam edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, belə bir bəyanatla ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker “Foundation Defense of Democracies”də çıxış edib.
“Rejim öz kursunu dəyişməyənə qədər, bizim sanksiyaların effekti daha da artacaq və İran üçün daha ağrılı olacaq”, -deyə Mandelker vurğulayıb.
Nazir müavini eyni zamanda ABŞ-ın bütün tərəfdaşlarına səslənərək, ölkələri İrana qarşı sanksiya kampaniyasına qoşulmağa çağırıb.
“İran və onun tabeliyində olanların sizin şirkətlərdən öz mənafeləri naminə istifadə etməməsi üçün, əlavə addımlar atmağa çağırıram” , – deyə Mandelker Avropa İttifaqı liderlərinə müraciət edib.