ABŞ prezidenti Donald Tramp Pentaqon tərəfindən İranın kompüter sistemlərinə qarşı kiberhücumların həyata keçirilməyinə icazə verib.
Bu barədə “The Washington Post” öz mənbəyinə istinadla xəbər verir.
Nəşrin məlumatına əsasən, ABŞ-ın kiberhücumları İranın raket buraxılışı üçün istifadə olunan kompüter sistemlərinə yönəlib.
Bildirilir ki, Pentaqon bu planı Trampa “İranın Oman körfəzində neft tankerlərinə hücumu”ndan sonra təklif edib.
Məlumatda deyilir ki, kiberhücumlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarəti altnda olan kompüter sistemləri sıradan çıxıb.