ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə minməsi bütün ölkələr üçün İranla iqtisadi tərəfdaşlığı köklü şəkildə dəyişəcək.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.
İranın bank sektoru ilə əməkdaşlıq edəcəyi təqdirdə SWIFT ödəniş sisteminin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə Pompeo bu məsələ ilə bağlı konkret qərardan xəbərsiz olduğunu desə də, noyabrın 1-dək hələ bir sıra qərarların qəbul ediləcəyini vurğulayıb.
Dövlət katibi qeyd edib ki, artıq bəzi ölkələr İranla iqtisadi əməkdaşlığı dayandırır. Onun sözlərinə görə, son tarix 4 noyabrdır.
Pompeo həmçinin sabiq dövlət katibi Con Kerrini İran hakimiyyəti ilə əlaqələrinə görə tənqid edib:
“Sabiq dövlət katibi dünyada terrorizmin ən böyük sponsoru ilə tərəfdaşlıq edir. ABŞ-ın tarixində belə presedent olmayıb. Kerri özünü bu cür aparmamalıdır”.