5d49e0e5-8323-44ac-bfe1-92168839bc65..jpg

ABŞ iranlı iş adamı barədə məlumat üçün 15 milyon dollar mükafat təyin etdi – FOTO

Baxış sayı: 522 dəfə baxılıb.

ABŞ iranlı iş adamı barədə məlumat üçün 15 milyon dollar mükafat təyin etdi –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ iranlı iş adamı Hüseyn Xətifi Ərdəkani barədə məlumat üçün 15 milyon
dollar mükafat təyin edib.

Bu barədə “Azad İran” “Telegram” məlumat verib.

ABŞ Dövlət Departamentinin xəbərinə görə, departamentə bağlı “Ədalət üçün
mükafatlar” layihəsi çərçivəsində SEPAH-la əməkdaşlıqda ittiham edilən iranlı
iş adamı barədə məlumat üçün mükafat təyin edilib.

Məlumata görə, Hüseyn Xətifi Ərdəkani SEPAH-ın dron istehsalında istifadə
etdiyi ikitəyinatlı texnologiyaları təmin etməkdə günahlandırılan elektron
avadanlıq şirkətinin meneceridir.

“Bu iranlı iş adamı SEPAH-ın silah istehsal etmək üçün ehtiyac duyduğu
mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la
əməkdaşlıq edib”, – deyə departamentin bəyanatında bildirilib.

Source link