ABŞ İsraili Rəfah əməliyyatında dəstəkləmək istəmir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağ Ev İsrailin Qəzza zolağında Rəfah əməliyyatına maddi dəstək vermək istəmir,
lakin Fələstinin HƏMAS hərəkatı ilə mübarizə strategiyasını təkmilləşdirmək
üçün İsraillə işləməyə davam edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Prezident Co Bayden CNN-ə açıq şəkildə bildirdi ki, biz belə bir əməliyyata
(Rəfahda) maddi dəstək vermək istəmirik”, – deyə Jan-Pyer Baydenin
San-Fransiskoya uçan təyyarəsindəki brifinqdə bildirib.
Mənbə: TASS