ABŞ İsraillə Fələstini “barışdırmaq” istəyir

Baxış sayı: 3. 174 dəfə baxılıb.

ABŞ İsraillə Fələstini “barışdırmaq” istəyir

ABŞ prezidentinin Administrasiyası İsrail- Fələstin münaqişəsinin nizamlanması üçün sülh planı işləyib hazırlayıb.

Lenta.ru-nun xəbərinə görə, bu bəyanatı Donald Trampın müşaviri və eyni zamanda kürəkəni olan Cared Kuşner verib.

Kuşnerin sözlərinə görə, Ağ Evin sülh planı münaqişənin yaratdığı bütün problemlərin həllinə yönəlib. O bildirib ki, ABŞ bölünmüş Fələstin torpaqlarının vahid rəhbərlik altında birləşməsini, insanların azad hərəkət etmək hüquqlarının bərpasını istəyir.

Bu plan yalnız İsrail və Fələstinə deyil, bütün regionda iqtisadi inkişafa səbəb olmalıdır.

Sülh planının təfərrüatları 9 apreldə İsraildə keçiriləcək seçkilərdən sonra açıqlanacaq.